5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Millimizin voleybolçusu: “Beşinci dəfə Avropa çempionatına qatılacağım üçün qürurluyam”

“Beşinci dəfə Avropa çempionatına qatılacağam. Buna görə çox qürurluyam”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
 
35 yaşlı libero komandada əhvali-ruhiyyənin yüksək olduğunu bildirib: “Məşqlərimiz ciddi şəkildə davam edir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada, fərqli taktika ilə keçir. Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir. Təlim-məşqlərə Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk. Sonuncu mərhələni isə Sloveniyada keçəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik”.
 
Yuliya Kərimova Avropa çempionatına hazır olduqlarını söyləyib: “Hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçiririk. Bu qarşılaşmalar oyunumuzun daha yaxşı alınmasına çox kömək edir. İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Yarışda komandamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi əlimdən gələni edəcəyəm”.
 
Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31