5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Zöhrə Ağamirova: "Hər kəs Universiadada məndən medal gözləyirdi"

"Universiadanın mükafatçısı kimi bu dəfə də hər kəs məndən medal gözləyirdi".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu Çinin Çendu şəhərindəki XXXI Ümumdünya Yay Universiadasında 3 medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova federasiyanın saytına açıqlamasında deyib.
 
Halqa və gürzlərlə hərəkətlərdə gümüş, lentlə hərəkətlərdə isə bürünc mükafata sahib çıxan idmançı psixoloji cəhətdən bir qədər çətinlik çəkdiyini bildirib: "Buna baxmayaraq, həyəcanımı dəf etdim və yaxşı çıxış etməyə çalışdım. Yarışların ilk iki günü çıxışım istədiyim kimi alınmadı. Topla səhvlərə yol versəm də, üç alətlə finala vəsiqə əldə etdim. Final mərhələsində özümü toparladım. Halqa və gürzlərlə daha yaxşı çıxış etdim".
 
Onun sözlərinə görə, bu il Bakıda keçirilmiş Avropa çempionatında çıxış etdikdən sonra məşqçilər tərəfindən proqramda müəyyən dəyişikliklər edilib: "Çıxış proqramıma daha da çətin elementlər əlavə olunmuşdu".
 
İlk dəfə Çinə səfər edən bədii gimnast yarışla bağlı təəssüratlarını bölüşüb: "Universiada yüksək səviyyədə təşkil olunmuşdu. Adaptasiya prosesi bir qədər çətin keçdi. Bir neçə gündən sonra özümü toparladım. Sevinirəm ki, uğurlu çıxış edərək medal qazanmağa müvəffəq oldum. Yarışlar zamanı mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".
 
Ağamirova qarşıda onu gözləyən yarışlardan da söz açıb: "Avqustun 23-dən 27-dək İspaniyada dünya çempionatı keçiriləcək. Hədəfim mundialın finalına yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31