5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Əli Şükürlü Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağır atleti Əli Şükürlü Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində üç medal qazanıb.

Futbolxeber.az saytına Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, milli komandanın üzvü yaşı 20-yə qədər olan atletlər arasında fərqlənib.

109 kq çəki dərəcəsində gücünü sınayan Şükürlü birdən qaldırmada 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.

Atlet təkanla qaldırmada daha uğurlu çıxış edib. O, 195 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə qızıl medala sahib çıxıb.

Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31