4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Dünya Qadın Seriyası: “Neftçi” 1/4 finalda Macarıstan klubu ilə qarşılaşacaq

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar" 1/4 finalda Macarıstan təmsilçisi "Dyor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Paytaxt klubu D qrupundakı ilk matçda Niderland yığmasını 11:6, daha sonra Kosovo seçməsini 20:9 hesabı ilə məğlub edib. Turnirdə mübarizəni dayandıran Azərbaycan millisi isə ABŞ kollektivinə 3:22, "Dyor"a isə 9:21 hesabı ilə yenilib.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31