5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Amerikalı məşqçi: "Azərbaycanda güləşçilərin maksimal fiziki gücə çatmalarına dəstək oluram"

"Xeyli vaxtdır ki, Azərbaycana gəlirəm, güləşçilərin maksimal fiziki gücə çatmaları üçün onlara dəstək oluram. Maksimal fiziki gücü inkişaf etdirə bilsək, bu, onların sürətinə, gücünə də təsir göstərəcək və onlara görüşlərdə kömək edəcək".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan güləşçilərinin Göygöldəki təlim-məşq toplanışında iştirak etmiş ABŞ-dan olan mütəxəssis Mark Alan Filippi federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, işlədiyi sahənin incəlikləri haqqında danışıb: “Yunan-Roma və sərbəst güləşçilərin məşqləri arasında bir neçə fərq var. Yunan-Roma güləşində xalça üzərində yuxarı bədən hərəkətləri icra olunduğu üçün biz bədənin yuxarı hissəsinin gücləndirilməsinə daha çox diqqət ayırmalıyıq, amma əlbəttə bədənin aşağı hissəsi də əhəmiyyətlidir. Məşqlərdə tətbiq etdiyimiz bəzi elementlər daha çox sürət və cəldlik tələb edən sərbəst güləş təmrinlərindən fərqlənir. Onların gücə, həmçinin sürət və çevikliyə ehtiyacları var".

Mark Alan Filippinin sözlərinə görə, qarşılaşmalarda maksimal güc aşağı olarsa, görüş zamanı daha çox enerji sərf edilir: "Bu isə daha tez yorulmağa səbəb olur. Maksimal güc səviyyəsini yüksəltməyə nail olsaq, güclü güləşçilər yetişdirə bilərik. Güləş zədələnmə təhlükəsinin yüksək olduğu gərgin idman növüdür. Bu məşqlərin məqsədi performansı gücləndirməklə yanaşı, görüş zamanı zədələnmələrin də qarşısını almaqdır. Güləşçilərimizin güclənməsi və daha az zədə alması üçün tətbiq etdiyimiz bu proqrama əlavə olaraq qidalanma, yuxu rejimi, su qəbulu, masaj və tibbi personalın həyata keçirdiyi digər prosedurlar da idmançılarımızın güclü və sağlam qalması üçün olduqca əhəmiyyətlidir. Sağlam qidalanma güləşçilər üçün çox vacib amildir. Onlar məşq və məşqdən sonrakı bərpa prosesi üçün yetəri qədər qida qəbul etdiklərinə əmin olmalıdır. Güləşçilər daim bol miqdarda su qəbul etməli, zərərli qidalardan isə uzaq durmalıdırlar. Bu qidalar onların bədənində istənməyən kimyəvi maddələrin yaranmasına səbəb olub, performanslarını aşağı salır. Bol miqdarda ət, göyərti, meyvə, ümumiyyətlə, təbii qidalar idmançılara enerji verir və məşqdən sonrakı bərpa prosesini sürətləndirir”.

Qeyd edək ki, dəfələrlə "World's strongest man" yarışında iştirak etmiş Mark Alan Filippi 1997-ci ildə Amerikanın ən güclü adamı ünvanına sahib çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31