5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Qaxda Ümummilli liderin yubileyinə həsr olunan şahmat tədbiri keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva balaca rəqiblərinə qarşı mübarizə aparıblar.
 
Seansın sonunda qrossmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə başa çatıb və 2 görüşdə şahmatçılar məğlub olub.
 
Tədbirin sonunda yeniyetmələrə Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
 
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda da Bakıda və digər regionlarda da təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31