5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatımın final mərhələsinin oyunlarını idarə edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində olacaq.

CEV-in təyinatına əsasən Zaur Hacıyev II qrupun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland mübarizə aparacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Bir gün sonra çempion bəlli olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31