5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Taekvondoçularımız Türkiyədəki yarışın ilk günündə 4 qızıl medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Ankarada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 4 qızıl və 4 bürünc medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, boyu 156 sm-dək olan idmançıların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib.
 
Digər taekvondoçulardan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.
 
Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31