5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Azərbaycan avarçəkəni Londondakı turnirin qalibi olub

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Böyük Britaniyanın paytaxtı Londonda təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, olimpiya sistemi üzrə keçirilən turnirdə idmançı öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticəni göstərib.

Təsnifat mərhələlərini uğurla Dımçenko final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub.

Məsafəni 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkən yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.

Qeyd edək ki, 1839-cu ildən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. 5 gün davam edən turnirdə akademik avarçəkənlər hazırkı standartlarda olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31