5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Futbolxeber.az saytının məlumatına görə, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Ceyhun həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən pəhləvanımız Avropa çempionu olub.

Əkbər Vəliyev (74 kq) slovakiyalı Robin Mikeçi (10:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Vadim Tsurkana sonuncu xal prinsipinə əsasən (8:8) məğlub olub.

Timur Gülmaqomedov (86 kq) polşalı Filip Blaşçikə 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana sonuncu xal prinsipinə (3:3) əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak imkanı qazanıb. Gülmaqomedov macarıstanlı Peter Jivnovskiyə çətinlik çəkmədən qalib gəlib - 12:1. Ancaq Timur ukraynalı İvan Çornohuzla görüşdə 3 dəfə cərimə xalı aldığı üçün 5-ci yerlə kifayətlənməli olub.

Rəvan Musayev (92 kq) litvalı Tomas Barsamyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı Sali Saliyevə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Yusif Dursunov (125 kq) finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda isə ukraynalı Vladimir Koçanovdan güclü olub – 4:0. Yusif finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə 1:8 hesabıyla uduzan Dursunov gümüş medala sahib çıxıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31