5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Rəcəbov və Məmmədyarov FIDE reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ötən ay olduğu kimi, ilk "10-luq"da Azərbaycan təmsilçisi yer almayıb.

Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.

Qədir Hüseynov isə (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.

Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. 2 və 3-cü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31