2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Bədii gimnastlarımız beynəlxalq turnirdə 30 medal qazanıblar

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş "Montenegro Cup" beynəlxalq turnirində 30 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, yarışda ölkəni “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gimnastları uğurla təmsil ediblər.

BGM idmançıları ümumilikdə 9 qızıl, 6 gümüş və 4 bürünc əldə ediblər. Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gümüş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medallara sahib çıxıblar.

“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub.

Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifova (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) birinci, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında ikinci yeri tutub.

RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər isə bürünc medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31