5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Çimərlik voleybolçularımız Türkiyəyə yollanıblar

Çimərlik voleybolu üzrə Azərbaycan milliləri təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşüblər.

Futbolxeber.az saytının məlumatına görə, yığmalar rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün hazırlıq keçəcəklər.

Komandalar qonşu ölkədə yoxlama matçlarında da qüvvəsini sınayacaqlar. Voleybolçular Türkiyə və Rusiya kollektivləri ilə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.

Təlim-məşqlərə 6 qadın, 7 kişi voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislər Nihad Tarverdiyev (qadınlar) və Cəlil Baxtiozin (kişilər) kömək edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31