5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

İrəvanda qazandığı qızıl medalı Azərbaycana həsr edən idmançı Bakıya gəlmək istəyir

"Azərbaycana, Bakıya gəlmək istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Ermənistanın paytaxtı İrəvanda qızıl medal qazanan Türkiyə ağırlıqqaldıranı Cansu Bektaş deyib.

20 yaşlı idmançı Azərbaycana dəvət olunduğunu xatırladıb: "Federasiya prezidentimizlə görüşəcəklər. İlk olaraq nazirliyin icazəsi olmalıdır. Bu, gerçəkləşsə, gələcəyəm. Çünki bunu çox istəyirəm".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Cansu Bektaş və gümüş medala sahib çıxan Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, İrəvandakı yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.

Bektaş və Altun qazandıqları medalları məhz Azərbaycana həsr etdiklərini açıqlayıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31