5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Güləşçilərimizdən 2 qızıl, 1 gümüş medal

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləş millisi 2 qızıl, 1 gümüş medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə finalda üz-üzə gəlib. O, 3:4 hesabı ilə məğlub olub və ikinci yeri tutub.

70 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla da Əliyev karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb və Azərbaycan güləş tarixinə düşüb. O, Azərbaycanın 4 dəfə Avropa çempionu olan ilk sərbəst güləşçisidir.

Əliabbas Rzazadə isə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub. O, finalda türkiyəli Süleyman Atlıya vaxtından əvvəl 12:2 hesabı ilə qalib gəlib. Bu, Rzazadənin karyerasında ilk Avropa çempionluğudur




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31