5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

17 taekvondoçumuz Belçika çempionatında yarışacaq

Azərbaycanın 17 taekvondoçusu martın 18-də Lommel şəhərində start götürəcək açıq Belçika çempionatına qatılacaq.

Federasiyadan Futbolxeber.az saytına verilən məlumata görə, ölkə iki gün davam edəcək G2 kateqoriya yarışda həm qadınların, həm də kişilərin mübarizəsində təmsil olunacaq.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb.

Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” - Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) çıxacaq.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoin isə Belçikada 6 idmançını yoxlayacaq. Yarışın mükafatları uğrunda Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (hər ikisi 53 kq) və Fatimə Məcidova (62 kq) mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31