5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Güləşçimiz Avropa çempionu olmasından danışdı

"Yarışa tam hazır idim. Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi. 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim".

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bu sözləri U-23 Avropa çempionatında 60 kq-da çempion olan güləşçimiz Elmir Əliyev deyib

"Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum" - deyə o bildirib.

E.Əliyev ilk dəfə Azərbaycan çempionatında 60 kq-da çıxış etdiyini vurğulayıb: "Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim. Şükürlər olsun, çətin olsa da, qələbə qazandım".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31