4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Rusiyada məni hər şey qane edir, mən siyasətçi deyiləm”

Ukrayna ilə müharibə başlayanda sonra Rusiyada çıxış edən əcnəbi hokkeyçilərin bir qismi ölkəni tərk etsələr də, “Severstal”ın slovakiyalı hücumçusu Adam Lişka hələ karyerasını hazırkı klubunda davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, Rusiya mətbuatına müsahibəsində 23 yaşlı hokkeyçi hazırkı durumundan  razı olduğunu bildirib:

“Mən hokkeyçiyəm, siyasətçi deyiləm. İşim hokkey oynamaqdı. Qalan digər məsələlər mənim üçün önəmli deyil. Rusiyada məni hər şey qane edir. Ona görə də son 1 ildə baş verənlərə baxmayaraq, hələ də “Severstal”dayam”.  

Rusiyadakı çıxışını davam etdirəcəyi halda, millidən dəvət almamaq ehtimalı ilə bağlı Adam Lişka bunları söyləyib:

“Çexiyadan fərqli olaraq, Slovakiyada Rusiyanı tərk etməyəcəyimiz halda milli komandadan kənarda qalacağımız barədə bizə heç nə deyilməyib. Ən azı bu ana qədər belə söhbət olmayıb. Lakin bu baxımdan təzyiqlər var. Hər şeyin necə olacağını bilmirəm. Mən məmuniyyətlə milli komandadakı çıxışımı davam etdirmək istərdim”.

Qeyd edək ki, “Severstal”da 4-cü mövsümünü keçirən Lişka cari birincilikdə 63 oyunda 24 (10+14) xal toplayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31