6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

Karateçimizdən gümüş medal

Azərbaycanın 16-18 yaşlı gənclərdən ibarət karate millisinin üzvü Rumil Cəfərli (76 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən “Karate1 Youth League” turnirində gümüş medalını qazanıb.

Futbolxeber.az saytının Azərbaycan Karate Federasiyasına istinadən verdiyi məlumata görə, gənc idmançımız yalnız finalda məğlub olub.

Bunadək U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31