4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

“Fernando Alonso komandanın qatilidir? Qoy olsun...”

“Formula-1”in iştirakçıların olan “Aston Martin”in rəhbəri Mayk Krak komandasının debütantı Fernando Alonso barədə danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə,  lüksemburqlu rəhbər ispan pilotun əvvəlki komandalarından qalmaqalla ayrılmasında problem görmədiyini bildirib:

“Mən bundan qorxmuram. Hesab edirəm ki, iş prinsipim digər komanda rəhbərlərindən fərqlənir. Məni KİV-də yazılanlar yox, komandamın durumu narahat edir. Hər birimizin məqsədi komandanın bir hissəsi olmaqdır. Eləcə də bir-bimizə qarşı səmimi olmalıyıq. Nəyinsə öhdəsindən gələ bilmədikdə bunu demək lazımdır. Hər hansı bir qərarı qəbul edərkən də səbəbini izah etməliyik. Düşünürəm ki, düzgün çalışdığımız müddətdə hər hansı problem olmayacaq. Komandanın qatili? Olsun. O, kollektivə kömək edirsə, mən buna qarşı deyiləm. Məqsədim Alonsonu uzun müddət komandanın vacib üzvünə çevirməkdir. Təcrübədən yararlanmalıyıq. İndi Alonso elə yaşdadır ki, bəzi şeylərə 10-15 il əvvəlki kimi yanaşmır. Səbirsizliklə yeni mövsümün startını gözləyirəm”.

Qeyd edək ki, 2 qat dünya çempionu olan Fernando Alonso əvvəlki komandaları - “Reno”, “Ferrari” və “Maklaren”dən qalmaqalla ayrılıb. 2023-cü ildən isə o, “Aston Martin”in uğurları üçün çalışacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31