6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Azərbaycanlı güləşçidən bürünc medal

ABŞ-ın Ayova ştatının Koralvill şəhərində sərbəst və qadın güləşi üzrə Dünya Kuboku keçirilib.

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, sərbəst güləş üzrə yarışda Dünya yığmasının tərkibində yer alan Osman Nurmaqomedov (92 kq) uğurlu çıxış edib. Yığma komandanın üzvü B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib. Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan Dünya yığması B qrupunda 2-ci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. Belə ki, Osman Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Beləliklə, yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.

Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31