5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Avarçəkənimiz Avropa çempionu oldu

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib.

Futbolxeber.az-ın Azərbaycan Avarçəkmə Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.

“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə, 56.72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.

Xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31