5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs edilib

Azərbaycanın ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Boyanka Kostova həbs olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov açıqlama verib.

O, Kostovanın narkotik satarkən tutulduğunu və artıq 8 aydır ki, Plovdivdə istintaq təcridxanasında olduğunu bildirib: “O, tituldan məhrum edildikdən sonra depressiyaya düşdü. Boyankanın başqa peşəsi yoxdur və işsiz idi. Yanlış insanlarla qarışıb, pis mühitə düşüb. Dəfələrlə ona xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Mən ona pul qazanmağın başqa yolu olduğunu söylədim. Bu, nəticə vermədi. Onu məhəllə qarşısında narkotik satarkən tutublar.

Prokurorluq 3 il həbs istədi, amma mən bunun baş verməməsi üçün əlimdən gələni etdim. Mən onu məşqçi kimi işləmək üçün özümlə kluba aparacağıma, ümumiyyətlə sosiallaşacağına və düzgün yola düşəcəyinə zəmanət verdim. Ona görə də onun cəzası daha az oldu və gələn ay həbsdən çıxacaq”.

Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub və 8 il müddətinə yarışlardan diskvalifikasiya edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31