5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

“Dünya çempionuyam, bu, uşaqlıq arzum idi”

“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medal qazanmış azərbaycanlı şahmatçı Gövhər Beydullayeva FİDE-nin mətbuat xidmətinə açıqlamasında deyib.

Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formada ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm".

G.Beydullayevə dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayıb: " Məbim üçün xüsusi duyğudur. Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".

O, qarşıdakı hədəfləri barədə deyib: "Yəqin ki, dünya kubokuna qatılacağam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəyəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31