4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Daha üç rayonda ağırlıqqaldırma zalları açılıb

İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağırlıqqaldırma zalları istifadəyə verilib.

Futbolxeber.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Girdiman”, “Kürmük” və BAF klublarının məşq zalları müvafiq avadanlıqlarla təchiz olunub.

Zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib.

Yeni idman zallarında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş-kabinələri, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb.

Yeni idman zallarında təcrübəli mütəxəssislərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir.

Bölgələrdə yeni idman zallarının açılması ağırlıqqaldıranların müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31