5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Londonda “Dəmir Yumruq” yarışı keçiriləcək

Sabah - iyunun 5-də Londonda Muay tay və kikboksinq üzrə “Dəmir Yumruq” (İron Fist) adlanan yarış keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yarışın təşkilatçısı Azərbaycan kikboksinq yığmasının sabiq üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 3 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 üzrə Britaniya çempionu Hafiz Baxşəliyevdir.

Turnirdə Böyük Britaniya, Çexiya, İtaliya, Polşa, Fələstin və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. “Dəmir Yumruq”da azərbaycanlı idmançının da iştirakı nəzərdə tutulsa da, viza ilə bağlı ortaya çıxan problem həmyerlimizin çıxışını əngəlləyib. 

Sabahkı yarışın II Qarabağ müharibəsi zaman ölkəmizdə xeyli populyarlaşmış ifadəyə uyğun “Dəmir Yumruq” adlandırılması heç də təsadüfi deyil. Hafiz Baxşəliyevin təşkilatçılığı ilə daha əvvəl Londonda "Xarıbülbül" adlı turnir də keçirilib. Həmin vaxt turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarıbülbül sərgilənib.

Qeyd edək ki, 2009-cu ildən Londonda yaşayan Hafiz Baxşəliyev Birləşmiş Krallıqda Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidentidir. Geridə qalan illər ərzində o, Azərbaycanın dünyaya tanıdılması, haqq səsimizin ucaldılması üçün Böyük Britaniya paytaxtında müxtəlif tədbirlərin təşkilatçısı olub. Məhz bu səbəbdəndir ki, H.Baxşəliyev bu ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları arasında yer almışdı.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31