5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Cüdoçumuz erməniyə qalib gəlsə də, medalsız qaldı, Elcan Hacıyev isə bürüncə sahib çıxdı

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışda bu gün Azərbaycanın daha 3 cüdoçusu 1/16 final mərhələsindən mübarizəyə başlayıb. 

Telman Vəliyev (73 kq) ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub edib, lakin növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb. 

Zelim Tçkayev (81 kq)  Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. O, 1/4 finalda Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq. Finala gedən yolda uduzan Tçkayev bürünc medal uğrunda görüşdə də özbəkistanlı rəqibinə məğlub olaraq 5-ci yerlə kifayətlənib. 

Eyni çəki dərəcəsində yarışan Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olub. Bu dəfə tatamidən məğlub ayrılan cüdoçumuz bürünc medal uğrunda görüşdə italiyalı Tiziano Falkoneyə qalib gələrək turniri üçüncü pillədə başa vurub. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31