5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Gimnastlarımızdan Avropa çempionatında 1 qızıl, 1 bürünc medal

Azərbaycan milli komandası İtaliyanın Rimini şəhərində start götürən batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatında 1 qızıl, 1 bürünc medal qazanıb.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, ən yüksək nəticəni gənclər arasında batut üzrə Maqsud Mahsudov və Hüseyn Abbasovdan ibarət sinxron cütlük göstərib. Onlar 48.420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Tamblinqdə isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklərin komanda yarışında bürünc medala sahib çıxıb.

Bu gün Avropa çempionatında tamblinq üzrə gənclər arasında komanda yarışlarının finalı təşkil ediləcək. Azərbaycanı Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcək.

İyunun 5-də isə fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə yarımfinal mərhələsi keçiriləcək.

Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcəklər.

Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaq.

Qeyd edək ki, 26 - 28 mayda eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri və Dünya kubokunda da Azərbaycan millisi uğurla çıxış edib. Beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, Dünya kubokunda isə tambliq üzrə 1 gümüş medal əldə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31