5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Şəhriyardan məğlubiyyət, Teymurdan qələbə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan 37 yaşlı qrossmeyster rəqibi ilə heç-heçə etsə də, ikinci görüşündə məğlub olub.

Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla sülhə razılaşıb. Buna baxmayaraq təcrübəli şahmatçı ikinci qarşılaşmada Tariyə qalib gəlməyi bacarıb.

Hazırda Məmmədyarovun 2.5, Rəcəbovun isə 1.5 xalı var.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31