5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Azərbaycan Boks Federasiyasından İrəvandakı təxribatla bağlı sərt etiraz

Azərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.

Futbolxeber.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən verdiyi məlumata görə, məktubda bildirilir: “Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası - insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir: “Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31