5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Radik İsayev Avropa çempionatında bürünc medala sahib çıxdı

Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu - dördüncü günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilərin 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində  Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kiloqramdan yuxarı çəkidəki Radik İsayev 1/4 finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc mükafat qazanıb.

Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu ilə təmsil olunub.  Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31