5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Yığmamızda serbiyalı baş məşqçi

Azərbaycanın basketbol üzrə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, komanda serbiyalı mütəxəssis Aleksandar Trifunoviçə tapşırılıb. Litvalı Aurimas Jasilionis isə onun köməkçisi olacaq.

Qeyd edək ki, baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi 28 iyun - 3 iyul Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C diviziyonunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.

Aleksandar Trifunoviç 1967-ci il may ayının 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra serbiyalı mütəxəssis 2008-09 mövsümündə Yunanıstanın “Panionios”, 2009-10-da Serbiyanın “Srvena Zvezda”, 2010-11-də Litvanın “Letuvos Ritas”, 2011-12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgiresun Belediye”, 2017-18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Onun son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.

Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin "Jalqiris" klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. Aleksandar Trifunoviç 2012-ci ildə "Jalqiris"lə həm də Baltik liqasının qalibi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31