5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

"Neftçi" və "Sabah" basketbol çempionatında çıxış edə bilər

“Qeyri-adi bir şey baş verməsə, ölkə çempionatını oktyabrda başlamağı planlaşdırırıq”. 

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev federasiyanın təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, hazırda "Sabah" və "Neftçi" klublarının çempionatda iştiraka maraqlı olduqlarını bildirib: “Hazırda böyük ehtimalla, “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yenidir.

6-8 komandanın iştirakı ilə oktyabrda ölkə çempionatının təşkilini mümkün sayırıq. Rəqabətli çempionatın olması üçün əlimizdən gələni edəcəyik. Tələsmədən, keyfiyyətə xələl vurmadan yarış keçirəcəyik. Amma çempionat son məqsəd deyil. Azarkeşlərsiz, komandaları dəstəkləməyən yarış keçirmək doğru olmaz. İstəyirik ki, ən azı bir-iki güclü klubumuz olsun.  Aşağı liqaları da təşkil etmək istəyirik ki, gələcəkdə Superliqada komandaların sayını artıraq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31