2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Hacı Əliyev: "Bu, hələ son deyil"

"Bu, hələ son deyil. Hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

65 kq çəki dərəcəsində gümüş medal qazanan 31 yaşlı pəhləvan ona 4 qat Avropa çempionluğunun nəsib olmadığını bildirib. Əliyev hər zaman olduğu kimi, yenə onu tək qoymayanlara minnətdarlıq, təbriklərə görə təşəkkür edib.

O, Macarıstan təmsilçisi İsmail Musukayevlə final görüşündə baş verənləri izah edə bilmədiyini də diqqətə çatdırıb: "Düşündüklərimin döşəkdə necə alındığını bilmirəm. Güləş belədir. Baş verənləri izah etmək çətindir. Nə qədər xal qazanacağını heç vaxt bilmirsən. Görüşə zehnən hazır idim. Daim qələbəyə köklənsən də, səni nələrin gözlədiyini bilmirsən".

Qeyd edək ki, Hacı Əliyev həm də üçqat dünya çempionu və ikiqat olimpiya mükafatçısıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31