6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

Azərbaycanı Bakıdakı Dünya Kubokunda 6 idman gimnastı təmsil edəcək

Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dörd gün davam edəcək yarışda 7 idmançı mübarizə aparacaq.

Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa) və Nikita Simovov (halqa) kişilərin, Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) və Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) qadınların yarışına qatılacaq.

Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. İlk iki yarış günündə təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Təsnifat yarışlarına 7 manat, final mərhələlərinə isə 12 manat qiymət qoyulan biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə etmək olar.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVİD-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Qeyd edək ki, Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31