6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Şəhriyar Məmmədyarovun ilk qələbəsi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qrossmeyster IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb. 

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib. 

Qeyd edək ki, Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31