6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

Avropa çempionumuz: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“İlk döyüşümdə irlandiyalı Antonio Payva ilə üz-üzə gəldim. O, bir az hissiyyatlı idi. Amma layiqli döyüşüb, rəqibdən güclü olduğumu nümayiş etdirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qazanan Nicat Hüseynov deyib.

51 kq çəki dərəcəsində inamlı çıxış sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı daha böyük uğurlarının qarşıda olduğunu açıqlayıb. 18 yaşında 19-22 yaşlı boksçular arasında Avropanın ən güclüsü adını qazanan milli üzvü yarışda ən çətin döyüşünün yarımfinala təsadüf etdiyini bildirib: “Yarımfinalda türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Öz üslubumda döyüşərək finala yüksəldim”.

Nicat Hüseynov finalda gürcüstanlı Lekso Xasaya üzərində qələbəsinin sirrini də açıqlayıb: “Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm”.

O, qələbəsini 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr etdiyini vurğulayıb: “Yarışa yollanmazdan öncə də hədəfimin çempionluq olduğunu demişdim. Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar”.

Daha əvvəl dünya və Avropa birinciliklərinin bürünc medalını qazanan çempion gələcək hədəflərini də açıqlayıb. Vüqar Ağalarovun yetirməsi olan Hüseynov bildirib ki, əsas arzusu Azərbaycan boks tarixinə Olimpiya çempionu kimi düşməkdir: “Qatılacağım bütün yarışlarda Azərbaycan himnini səsləndirmək istəyirəm. Ən böyük arzum isə Paris Yay Olimpiya Oyunlarında çempion olub, ölkə boksunda tarix yazmaqdır”.

Qeyd edək ki, U-22-lərin Avropa çempionatına 7 boksçu ilə yollanan milli komanda yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31