6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

İşğaldan azad edilən bölgələrdə ilk idman tədbiri

İşğaldan azad edilən tarixi torpaqlarımızda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil edib. 

Futbolxeber.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və nümunəvi çıxışları olub. Suqovuşana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva təlim-məşqi yerində izləyiblər.

Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar Prezident İlham Əliyevə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır. 

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqlarına əsasən rəşadətli ordumuzun qısa zamanda düşmən işğalından azad etdiyi Suqovuşanda təşkil olunan  xüsusi su şousu da zövq oxşayıb. Sonda Azərbaycan Respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31