5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Qurban Qurbanova həsr olunan filmin təqdimatı keçirilib

Noyabrın 27-də Nizami Kino Mərkəzində futbol veteranı və məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” idman dramının təqdimat mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev filmin çəkilişinə dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Sonra film izləyicilərə təqdim edilib. Filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və məşqçilik fəaliyyəti əks olunub.

Filmin nümayişindən sonra bütün yaradıcı heyət səhnəyə dəvət olunub və Qurban Qurbanov çıxış edərək onlara təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasından sonra bu filmin ona ikinci böyük hədiyyə olduğunu bildirib. İdman dramının onu keçmişə qaytardığını deyən mütəxəssis qardaşı Musa Qurbanov barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31