5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

"Futbol Düşərgəsi" layihəsinə yekun vurulub

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 16 noyabr tarixində start götürən və 5 gün müddətində 2 qrup üzrə keçirilən layihənin ikinci qrupuna daxil olan uşaqlar "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub. Layihənin sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib. 

Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkilləri - Müşfiq Məmmədli, Emin Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər. 

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar etdikdən sonra iştirakçılar tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt" Futbol Klubunun, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib. 

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.

Qeyd edək ki, 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilən layihədə bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31