6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Minifutbol

Azərbaycanın vəkil və hüquqşünasları İspaniyada futbol turnirində iştirak ediblər

Cari ilin 26 sentyabr - 1 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri və ölkənin hüquqşünasları İspaniyanın Salou şəhərində təşkil edilən futbol üzrə 7-ci “Lawyers World Cup” adlı dünya çempionatında iştirak ediblər.

Futbolxeber.az saytının məlumatına görə, Portuqaliyanın “Catchawards” Vəkil Bürosunun təşkil etdiyi turnirə Azərbaycanın vəkil və hüquqşünasları ilə yanaşı, Braziliya, Kolumbiya, Çili, İndoneziya, Hindistan, Niderland, Polşa, Fransa, İspaniya, Portuqaliya, Özbəkistan, Əlcəzair, Mərakeşin vəkil və hüquqşünasları da qatılıb.

Gərgin keçən futbol turnirində azərbaycanlı vəkil və hüquqşünaslar İndoneziya, Polşanın “Bielsko-Biala” ilə “Silesian Bar Association” komandalarına məğlub olsalar da, Əlcəzairdən olan həmkarlarına qalib gəliblər.

Turnirin finalında İndoneziya ilə “Silesian Bar Association” komandaları üz-üzə gəlib. Görüşdə İndoneziya hüquqşünasları rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Turnirdə komandamız 7-ci olmaqla kifayətlənib.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilən futbol üzrə dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31