7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Minifutbol

UEFA-dan “Mölde” ilə oyun barədə açıqlama: “Qarabağdakı vəziyyəti izləyirik”

UEFA sabah Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Mölde” oyunu ilə bağlı vəziyyəti ilə izləyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə TASS-a qitə futbol qurumunun mətbuat xidmətindən açıqlama verilib.

“UEFA vəziyyəti izləyir və oyunu qəbul edəcək ölkə ilə kontaktdadı. İndiki məqamda başqa bir şərh verə bilmərik”, - deyə UEFA-nın açıqlamasında deyilir.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - “Mölde” görüşü 20:45-də start götürəcək.

TASS-da yer alan xəbərdə o da qeyd olunur ki, sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirinə start verib.

Əlavə edək ki, lokal xarakterli antiterror tədbiri artıq separatçıların təslim olması ilə yekunlaşıb. Bu səbəbdən də UEFA “Qarabağ” - “Mölde” matçı ilə bağlı hər hansı bir xüsusi qərar qəbul etməyəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31