5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Azərbaycan bayrağını təhqir edən 3 erməni futbolçu Laçında saxlanıldı

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Futbolxeber.az-ın “Ednews”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan teleqram kanalları açıqlama yayıb.

Məlumata görə, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən 11 erməni futbolçudan üç nəfəri saxlanılıb.  

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. 11 futbolçunun hamısı axtarışa verilib. Bu gün üç nəfər tutulub (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31