5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

SOCAR "Qalatasaray"a 15 milyon avro ödəyəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə "Qalatasaray"ı arasında sponsorluq müqaviləsinin maliyyə detalları bəlli olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, SOCAR qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul təmsilçisinə hər il üçün 5 milyon avro ödəyəcək.

Bu isə o deməkdir ki, 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 milyon avro təşkil edəcək.

Klub vəsaitin hansı istiqamətlərə xərclənəcəyini daha sonra açıqlayacaq.

Qeyd edək ki, "Qalatasaray" 2023-2024-cü il mövsümündə UEFA-nın bayrağı altında təşkil olunacaq bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada "Qalatasaray Futbol Komandasının Enerji Sponsoru" ifadəsindən istifadə etmək hüququna da sahib olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31