5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Türkiyə mediası: SOCAR “Qalatasaray”ın sponsoru olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qalatasaray"ın sponsorlarından biri olması barədə iddia yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Türkiyənin bir neçə nüfuzlu media qurumu "Milliyet" nəşrinin jurnalisti Nevzat Dindara istinadən informasiya yayıb.

Bildirilir ki, "Qalatasaray"ın avrokubok matçlarında geyinəcəyi formalarının üzərində SOCAR yazısı yer alacaq. İstanbul təmsilçisi bu razılıq sayəsində illik 5 milyon dollar qazanacaq.

“Qalatasaray” və SOCAR-dan bununla əlaqədar hələlik açıqlama verilməyib.

Qeyd edək ki, 2022/23 mövsümündə Türkiyə Superliqasının çempionu olan "Qalatasaray" ölkədaxili matçlar üçün "Sixt Rent A Car" ilə (illik 195 milyon türk lirəsi), stadion sponsorluğu üçün isə "Rams Global" ilə (illik 213,6 milyon türk lirəsi) anlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31