6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

AFFA-nın təşkilatçılığı ilə narkotik asılılığından əziyyət çəkənlər üçün futbol dərsləri

AFFA-nın təşkilatçılığı, “Həyat Naminə” Reabilitasiya Mərkəzinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən reabilitasiya mərkəzində narkotik maddə asılılığından əziyyət çəkən gənc və yeniyetmələr üçün futbol dərslərinə start verilib.

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, məşqçi kurslarının rəhbəri Aslan Kərimov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də “Həyat Naminə” Reabilitasiya Mərkəzinin rəhbəri Kənan Hacıyev və AFFA-nın Futbolda Sosial Məsuliyyət (FSM) üzrə meneceri Kifayət Mustafayeva mərkəzdə müalicə alan gəncləri salamlayıb, pis vərdişlərdən uzaq olmağa səsləyib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Sonda veteran futbolçuların iştirakı ilə birlikdə futbol oyunu təşkil olunub.

Qeyd edək ki, mərkəzdə futbol dərsləri AFFA tərəfindən təyin olunmuş məşqçi tərəfindən həftədə 2 dəfə olmaqla keçiriləcəkdir. Dərslərin keçirilməsində məqsəd narkotik maddə asılılığından əziyyət çəkmiş və hazırda müalicə alan şəxslər arasında futbolun kütləviliyini artırmaq, onların asudə vaxtlarını daha səmərəli təşkil etmək, sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31