6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

"Neftçi" TV-nin əməkdaşı avtomobil qəzasında həyatını itirdi

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Dünyasını dəyişən Elvin Rüstəmov həm də "Neftçi" TV-nin əməkdaşı olub. Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. 

Hadisə ilə əlaqədar E.Rüstəmovun yaxınları və həmkarları sosial mediada mesajlar paylaşaraq bu xəbərdən sarsıldıqlarını bildiriblər.

Allah rəhmət eləsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31