6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Minifutbol

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur".

Futbolxeber.az saytının məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.

"Bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir" - o, vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31