4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Mərc gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək

Nazirlər Kabineti “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

Futbolxeber.az saytının məlumatına görə, dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.

Qeyd edək ki, bundan əvvəl qüvvədə olan qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilmişdi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31