6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Taner Özbek: "Hər ehtiyacında "Neftçi"nin yanında olacağıq"

“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek “Neftçi” ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində çıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, o deyib: “Azərbaycana yeni gələn marka olaraq xoş gördük. “Liv Hospital” artıq buradakı qardaşlarımıza da xidmət edəcək. Türkiyədə də idmana dəstək veririk. Eyni baxışı Azərbaycanda da sərgiləmək istəyirik. Azərbaycanın ən köklü klublarından biri ilə əməkdaşlığa başlayırıq. Bunun hər iki tərəfə uğurlu olacağına inanırıq. Hər ehtiyacında “Neftçi”nin yanında olacağıq. Onlar da bizə ilk qucaq açanlardan oldular. Kluba və bütün dəstəkçilərinə təşəkkür edirik”.

T.Özbek bildirib ki, bundan sonra futbolçuların müalicəsinin ölkə daxilində olmasını planlaşdırırlar: “Bütün müalicələrin burada olmasını istəyirik. Amma tamamlanmamış bəzi məsələlər olanda risk etməyəcəyik. Öncəliyimiz burada olmasıdır. Əməliyyatlar üçün imkanlar var. Daha da yaxşı olacaq”.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31